Azərbaycanın Qazaxıstandakı Ticarət Evinin baş direktoru mükafata layiq görülüb

Azərbaycanın Qazaxıstandakı Ticarət Evinin baş direktoru Hüseyn Cəbrayılov 23.12.2020-ci il tarixində Caspian Energy Club tərəfindən online formatda keçirilən 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forumu, həmçinin 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimatetmə mərasimində iştirak etmişdir.
Tədbir çərçivəsində baş direktor Hüseyn Cəbrayılovun çıxışı, Ticarət Evinin təqdimatı həyata keçirilmişdir və Azərbaycan Məhsullarının Qazaxıstan bazarına ixrac edilməsinə mühüm töhfə verdiyinə görə Azərbaycanın Qazaxıstan Respublikasındakı Ticarət Evi 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatına layiq görülmüşdür.
Beynəlxalq “Caspian Energy Investment” Forumunda hökumətin iqtisadi blokunun nümayəndələrinin iştirakı ilə 2020-ci ildə əldə olunan iqtisadi nəticələr müzakirə olunmuşdur.
“Caspian Business Award 2020” mükafatı COVİD-19 pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə təqdim olunmuşdur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: