Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin Biləsuvar və Salyandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq martın 6-da Biləsuvar və Salyanda keçirilməsi nəzərdə tutulan görüşlərinin vaxtı dəyişdirilib.

Nazirlikdən Frame.az-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə martın 31-də Biləsuvar şəhərində Biləsuvar və Neftçala sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə Salyanda rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: