“Öyrədərək öyrənirəm” adlı layihəsi çərçivəsində Bəxtiyar Xanızadənin ustad dərslərinə start verilib

Xəbər verdiyimiz kimi, 2022-ci ilin yanvar ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı layihəyə start verib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrında Xalq artisti, Prezident təqaüdçüsü Bəxtiyar Xanızadənin ustad dərsləri başlayıb.

Peşəkar və gənc aktyorların iştirakı ilə baş tutan “Həqiqi hisslərlə yaşamaq azdır” adlı birinci təlimdə Bəxtiyar Xanızadə iştirakçılara K.S.Stanislavskinin, M.Çexovun sistemindən və dünya təcrübəsində tətbiq olunan müxtəlif aktyor təlimi metodlarından, həmçinin öz təcrübəsindən bəhs edib, onlara etüdlər göstərərək fikirlərini praktiki formada izah edib.

Xatırladırıq ki, peşəkar və gənc aktyorlar üçün nəzərdə tutulan “Həqiqi hisslərlə yaşamaq azdır” adlı təlim yanvarın 11-də də davam edəcəkdir.  “Şekspirin Hamleti. Hamlet kimdir?” adlı növbəti təlim yanvarın 13-də rejissorların iştirakı ilə, yanvarın 14-də təşkil olunacaq “Teatr və mən – mən və teatr” adlı təlim isə teatrşünasların iştirakı ilə baş tutacaq.

Bildiririk ki, təlimlər Azərbaycan Dövlət Pantomima Teatrında saat 11:00-da başlayır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: