Səbail rayonunda deputat və icra qurumlarının iştirakı ilə dəyirmi masa keçirilib

Millət vəkili Nigar Arpadarainin təşəbbüsü ilə, Bakı şəhəri Səbail rayonunun icra qurumlarının iştirakı ilə 2022-ci ilin yekunlarına, həmçinin vətəndaş müraciətləri ilə bağlı aktual məsələlərə dair dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi sakinlərin sorğularının həllində deputat ofisi ilə aidiyyəti qurumlar arasında koordinasiyanın təşkili, müraciətlərin müvafiq qaydada qısa zamanda həlli üçün səylərin artılırmasına nail olmaqdır. 

Görüşün gündəliyində qeydə alınmış vətəndaş müraciətlərinin həlli istiqamətində görülmüş işlər, icrası yekunlaşmış və icraatda olan məsələlərin müzakirəsi yer tutub. Tədbirdə rayon struktur bölmələri ilə əməkdaşlıqdan, son illər ərzində birgə fəaliyyət nəticəsində həllini tapmış ictimai, sosial və infrastruktur məsələlərindən bəhs olunub. Eləcə də, kollektiv müraciətlərin əsas istiqamətlərinə də toxunularaq, Bakının Səbail rayon sakinlərini narahat edən, deputat ofisinə ünvanlanmış məsələlər sırasında daha çox yol infrastrukturu, qəza vəziyyətində olan binalarla bağlı sorğuların üstünlük təşkil etdiyi bildirilib. 

“Vətəndaşların məmnunluğu, onların rifahının yüksəldilməsi Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətini təşkil edir. Bunu rəhbər tutaraq,  Səbail rayon sakinlərinin müraciətlərinin, onları narahat edən məsələlərin koordinasiyalı şəkildə həllini tapmasında səylərimizi artırmalıyıq.”- deyə millət vəkili Nigar Arpadarai çıxışı zamanı bildirib. 

Görüşdə Səbail Rayonu İcra Hakimiyyəti, AzəriQaz ASC, Azərişıq ASC, “AzərAvtoYol” ASC, Səbail Rayon Polis İdarəsi, Səbail Rayon Sukanal İdarəsinin rəsmiləri təmsil olunaraq, fasiləsiz su təchizatı, mövsümlə əlaqəli qaz təminatındakı zəifləmələr, rayon ərazisinin fiziki məhdudiyyətli şəxslər üçün müəssərliyi,  ictimai nəqliyyat şəbəkəsinin inkişafı kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar. Səbail Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şıxəmmədov, Səbail Rayonu Polis İdarəsi rəisinin müavini Orxan Axundzadə və digər qonaqlar tədbirdə çıxış edərək öz sahələri üzrə görülmüş işlər haqda danışıblar. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: