Səudiyyə Ərəbistanı Qran-Prisinin trası təqdim edilib

Bu il Formula 1-də debüt edəcək Səudiyyə Ərəbistanı Qran-Prisinin trasının martın 18-də təqdimatı olub.

Bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanında keçiriləcək Formula 1 dünya çempionatının trası mövsümün təqvimində ən uzun ikinci tras olacaq. Onun uzunluğu 6 min 175 metr təşkil edəcək. Birinci pillədə Belçikadakı tras qərarlaşıb və onun uzunluğu 7 min 4 metrdir.

Ciddə trasında döngənin orta sürəti təxminən 250 kilometr saat olacaq. Tras 16 sol və 11 sağ olmaqla 27 döngədən ibarətdir. Səudiyyə Ərəbistanı Qran-Prisi azı on il keçiriləcək. Ciddədəki yarış dekabrın 5-də baş tutacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: