“Şahin” Gənclərin hərbi vətənpərvərlik düşərgəsinə start verilib

İyulun 21-də Gənclər və İdman Nazirliyi tərəfindən Astara rayon Olimpiya İdman Kompleksində “Şahin” Gənclərin hərbi vətənpərvərlik düşərgəsinə start verilib.

Düşərgə proqramına əsasən, axşam iştirakçılar ocaq ətrafında yığışaraq maraqlı müzakirələr edib, hərbçilərin döyüş yolunu əks etdirən söhbətləri dinləyiblər. İlk gündə iştirakçılar komandalara bölünüb, ilkin tanışlıq və təqdimatlar həyata keçirilib.

Astara rayonunda 6 gün davam edəcək düşərgədə gənclər “#Canavarlar”, “#Cəsurlar”, “#İgidlər” və “#Şahinlər” komandaları olmaqla, qələbə uğrunda mübarizə aparacaqlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: