EventsFestivallarMədəniyyətTəqdimat

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

İyunun 8-də yeni SEA BREEZE Summer LIVE musiqi mövsümünün birinci açıq hava konserti keçiriləcək.

Bu axşam Sea Breeze Resort-un əsas yay səhnəsində RAAVA Music musiqi leyblin üzvləri Elman, Andro, Mona, Toni, həmçinin, xitmeykerlər Bahh Tee & Turken, Ellai, Murad Arif, Hiss və Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində “Özünlə apar” məşhur kompozisiyası ilə təmsil edən Fahree və İlkin Dövlətov çıxış edəcəklər.

Konsertdən əvvəl qonaqlar üçün DJ-in ab-havalı çıxışı təşkil olunacaqdır, fud-kortlar da əvvəlcədən açıq olacaqlar. Tamaşaçıları yüksək keyfiyyətli səs gözləyir, genişləşdirilmiş fan-zona daha çox fanatlar üçün sevimli sənətçilərə yaxın olmaq imkanı yaradacaq, konsert Sea Breeze-in yay tədbirləri üçün ənənəvi olan atəşfəşanlıqla tamamlanacaqdır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!