EkologiyaFrame LifeSağlamlıqTəqdimat

Son beş gündə meşə fondu torpaqlarında 50 mindən çox ağac əkilib

Əkin mövsümü ilə əlaqədar bütün regionların meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, son beş gündə ölkənin meşə fondu ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 50 mindən artıq ağac tingi əkilib, 8 tondan çox toxum səpilib.

“Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Sabirabad, Masallı, Lənkəran, Şəki və Qəbələ rayonlarının meşə fondu torpaqlarında keçirilib və 8 mindən çox müxtəlif növ ağac əkilib, 770 kiloqram toxum səpilib”, – deyə C.Qəribov bildirib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!