Education Hub-ın təşəbüsü ilə sosial tədbir keçirilib

Education Hub’ ın İnkişaf Zamanı proqramı çərçivəsində 3 oktyabr 2021-ci il, Salyan rayonu, Kainat tədris mərkəzində “Şəhərdən kəndə” adlı təşəbbüs həyata keçirilmişdir.
Təşəbbüs zamanı Neftçala- Salyan rayon məktəblərində təhsil alan 16-18 yaşlı 30 abituriyentə “İxtisasçı” platformasının rəhbəri Elşən Qəhrəmanov “Düzgün ixtisas seçimi, karyera” mövzusunda, “KitabGəzər” layihəsinin rəhbəri Fatma Qurbanova isə “Sosial aktivlik” mövzusunda təlim keçmişdir.
Təlim boyunca abituriyentlər gələcək karyeraları və şəxsi inkişafları üçün faydalı ola biləcək məlumatları əldə etməsindən əlavə olaraq, aktivliyinə görə seçilən 3 iştirakçıya kitab hədiyyə olunub və hər bir iştirakçı sertifikatla təltif edilmişdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: