TƏBİB-in dəstəyi ilə şəhid ailələri və qazilər üçün tibbi aksiyalar davam edir

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı və təşəbbüsü ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib.

Frame.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tədbir Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, Şəki Rayon İcra Hakimiyyətinin, Şəki Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə keçirilib.

Tədbir zamanı Şəki rayonundan olan 100-dən artıq şəhid ailəsi, qazi və Vətən müharibəsi iştirakçıları tibbi müayinələrdən keçirilib.

ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova qeyd edib ki, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib və ETKİ-nin mütəxəssisləri tərəfindən aksiyalar davam etdiriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: