IdmanTəqdimat

Taekvondo üzrə Dünya Çempionatı ilə əlaqədar media nümayəndələrinin akkreditasiyasında son 1 gün

29 may – 4 iyun 2023-cü il tarixlərində Bakıda keçiriləcək Taekvondo üzrə Dünya Çempionatına yerli media nümayəndələrinin akkreditasiyasına 1 gün qaldı. 

Xatırladaq ki, akkreditasiya prosesi 12 may saat 00:00-a qədər davam edəcək. Yarışı işıqlandırmaq istəyən jurnalistlər aşağıda qeyd edilən formanı dolduraraq, tələb olunan sənədlərlə birgə – şəxsiyyət vəsiqəsi, jurnalist vəsiqəsi və fotonu (fotoda ad və soyad yazılmalıdır) skan olunmuş şəkildə press@wtcbaku2023.com elektron poçt ünvanına göndərməlidir. Natamam doldurulmuş və təyin edilən vaxtdan sonra göndərilmiş müraciətlər nəzərə alınmayacaq. 

Qeydiyyat prosesi tamamlandıqdan sonra, akkreditasiya kartlarının təqdim olunacağı məkan və saat haqqında məlumat veriləcək. 

Akkreditasiya ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 756 78 16 nömrəsinə zəng edə və ya press@wtcbaku2023.com elektron poçt ünvanına yaza bilərlər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!