TuranBankın Avropa Bankı ilə birgə layihəsi uğurla tamamlanıb

®Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank EBRD ilə birgə Maliyyə Vasitəçilərinin Bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi I texniki dəstək layihəsini uğurla tamamlamışdır.

Risk, Komplayns modulları çərçivəsində həyata keçirilən layihə bankda risk nəzarət tədbirlərinin effektiv idarəsi, komplayns prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətlərini əhatə etmişdir. Layihə çərçivəsində əldə edilən nəticələrin Bankda növbəti mərhələlərdə tətbiqinə başlanılması planlaşdırılır.

Layihə nüfuzlu beynəlxalq konsultasiya təşkilatı olan TA Consult Partners şirkəti tərəfindən uğurla icra edilmişdir. Adıçəkilən layihə Avropa Birliyi EU4Business initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.

TuranBank

Bizimlə etibarlıdır…

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: