“YAŞAT” düşərgəsinin altıncı həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin sonuncu – altıncı həftəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildirilib ki, bu həftə düşərgəyə 15-17 yaş aralığında Yevlax, Mingəçevir, Şəmkir, Abşeron, Daşkəsən, Bakı, Tərtər, Gəncə, Sumqayıt, Füzuli, Beyləqan, Astara, Masallı, Bərdə, Biləsuvar, İsmayıllı, Lənkəran və Bərdədən 47 uşaq qatılıb.

İlkin olaraq açılış mərasimi keçirilib, iştirakçılara düşərgənin proqramı barədə məlumat verilib.

Sonra uşaqlara Sağlam Ailə Tibb Mərkəzinin nümayəndəsi Səadət Zərbəliyeva tərəfindən ilkin tibbi yardım qaydaları barədə təlim keçirilib. Uşaqlara təlimdə iştiraklarına dair sertifikatlar və tibbi kartlar təqdim olunub.

Dana sonra psixoloqlarla görüş keçirilib.

Günün sonunda stolüstü oyun saatı təşkil olunub.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radio, baş sponsorlar “Qalaaltı Hotel & Spa”, “PMD Hospitality”, sponsorlar “PAŞA Bank”, “NAR Mobile”, “Rabitə Bank”, “Bravo” marketlər şəbəkəsidir.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: