FutbolIdman

Yaşıl meydanlar bu həftə də maraqlı oyunlara şahid oldu

Fransa Çempionatı 13-cü tur

PSJ – Nant 4:1 Strasbur – Renn 2:1 Lill – Sent Etyen 3:1 Amyen – Monako 1:1 Genqam – Anje 1:1 Tuluza – Metz 0:0 Kan – Nitsa 1:1 Lion – Monpelye 0:0 Bordo – Marsel 1:1 Dijon – Trua 3:1 Turun açılış matçında “Lill” doğma meydanda “Sent Etyen” komandasından üstün oldu 3:1. Son ölkə çempionu “Monako” “Amyen” səfərindən 1 xalla qayıdıb. Görüş 1:1 hesabı ilə başa çatıb. “Lion” gözlənilmədən evində qəbul etdiyi Monpelye’yə qalib gələ bilməyib 0:0. Dayanmaq bilməyən “PSJ” bu turda Nant’ı 4:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bordo – Marsel görüşündə qalib müəyyənləşməyib 1:1. “Kan” doğma meydanda “Nitsa” komandası ilə qarşılaşıb. Hesabı görüşün 40-cı dəqiqəsində qonaqlar açıblar. Lis-Melu fərqlənib. 90-cı dəqiqədə Rodel’in vurduğu qoll meydan sahiblərini məğlubiyyətdən xilas edib 1:1.

Almaniya Çempionatı 12-ci tur:

Bavariya – Auqsburq 3:0 Bayer – Leipziq 2:2 Hoffenhaym – Ayntraxt 1:1 Herta – Borussia Münhenqladbax 2:4 Şalke – Hamburq 2:0 Volfsburq – Frayburq 3:1 Verder – Hannover 4:0 Maynts – Köln 1:0 Ştutqart – Borussia Dortmund 2:1 Ötən tur səfərdə Borussia Dortmund’a səfərdə 3:1 hesabı ilə qalib gələn “Bavariya” bu tur doğma meydanda çətinlik çəkmədən “Auqsburq” komandasının öhdəsindən gəldi 3:0. Qeyd edək ki, 72 yaşlı mütəxəssisin Bundesliqada 500-cü qələbəsi idi. Doğma meydanda Hamburq’a 2:0 hesabı ilə qalib gələn “Şalke” turnir cədvəlində ikinci sıraya yüksəldi. Verder – Hannover oyunu meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşdı 4:0. “Ştutqart” evində Borussia Dortmund’a 2:1 hesabı ilə qalib gəldi. Volfsburq’un nəhayət bu turda 7 oyunluq heç-heçə seriyası qırıldı. 3:1 hesabı ilə qələbə qazanan Volfsburq’un 2 qolunun müəllifi Türkiyəli futbolçusu Yunus Mallı olub.

İngiltərə Çempionatı 12-ci tur:

Vest Bromviç – Çelsi 0:4 Arsenal – Tottenhem 2:0 Liverpul – Sautgempton 3:0 Kristal Pelas – Everton 2:2 Brayton – Stok Siti 2:2 Lester – Mançester Siti 0:2 Mançester Yunayted – Nyukasl 4:1 Barnli – Suonsi 2:0 Uatford – Vest Hem 2:0 Bornmut – Haddersfild 4:0 “Mançester Siti” komandası qələbələrini sıralamaqda davam edir. Lester’in qonağı olan Pep Quardiola’nın yetirmələri 2:0 hesabı ilə qələbə qazanaraq xallarının sayını 34-ə yülsəldib. Mançester Siti’nin ən yaxın izləyicisi “Mançester Yunayted” komandası da turu qələbə ilə başa vurub. Nyukasl’ı qəbul edən “Qırmızı Şeytanlar” rəqibini 4:1 hesabı ilə məğlub edib. “Liverpul” doğma meydanda Sautgempton’un qapısından 3 cavabsız top keçirib. Bu görüşdə dubl edən Misirli futbolçu Salah cari çempionatdakı qollarının sayını 9-a yüksəldərək bombardirlik yarışında ilk pillləyə yüksəldi. “Liverpul” doğma meydanda Sautgempton’un qapısından 3 cavabsız top keçirib. Bu görüşdə dubl edən Misirli futbolçu Salah cari çempionatdakı qollarının sayını 9-a yüksəldərək bombardirlik yarışında ilk pillləyə yüksəldi. Turun mərkəzi matçında “Arsenal” Tottenhem’i 2:0 hesabı ilə yenib. Son çempion “Çelsi” səfərdə qonağı olduğu Vest Bromviç’ə 4:0 hesabı ilə qalib gəlib. Turun son görüşündə “Brayton” “Stok Siti” ilə 2:2 bərabərə qalıb. 12 turdan sonra aktivirndə 34 xalı olan “Mançester Siti” turnir cədvəlinə başçılıq edir.

İspaniya Çempionatı 12-ci tur:

Leqanes – Barselona 0:3 Atletiko Madrid – Real Madrid 0:0 Malaqa – Deportivo 3:2 Espanyol – Valensiya 0:2 Sevilya – Selta 2:1 Jirona – Real Sosyedad 1:1 Las Palmas – Levante 0:2 Xetafe – Alaves 4:1 Atletik Bilbao – Villareal 1:1 Eybar – Betis 5:0 Çempionatın lideri “Barselona” səfərdə “Leqanes”komandasının qapısından 3 cavabsız top keçirib. Atletiko Madrid – Real Madrid qarşılaşmasında qalib müəyyənləşməyib 0:0. “Espanyol” səfərnə yollanan “Valensiya” bu turu da 3 xalla başa vurub. “Sevilya” doğma meydanda Selta’dan üstün olub 2:1. “Xetafe” doğma meydanda Alaves’ə 4:1 hesabı ilə qalib gələrək turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdırıb. “Eybar” öz evində qəbul etdiyi Betis’ə futbol dərsi keçib 5:0. “Atletik Bilbao” doğma meydanda “Villareal” komandası ilə heç-heçə edib 1:1.

İtaliya Çempionatı 13-cü tur:

“Roma” derbisində “Latsio” komandasının qələbə seriyası qırıldı. 2:1 hesabı ilə qələbə qazanan “Canavarlar” turnir cədvəlində 4-cü sıraya yüksəldi. Ötən tur “Kyevo” ilə oyunda xal itirən “Napoli” bu dəfə büdrəmədi. Milan’ı qəbul edən Neapollular 2:1 hesabı ilə qələbə qazandı. İnter doğma meydanda “Atalanta” komandası ilə qarşılaşdı. İlk hissə qolsuz bərabərliklə sonuclandı. Oyunun 51-ci dəqiqəsində İkardi hesabı açdı. 60-cı dəqiqədə Argentinalı forvard dubl etdi 2:0. Matçın qalan dəqiqələrində qapılara qol vurulmadı. 2:0 hesabı ilə qələb qazanan “İnter” turnir cədvəlində iknici pilləyə yüksəldi. Son illərin dominantı “Yuventus” gözlənilmədən “Sampdoriya” səfərindən xalsız qayıdıb. “Krotone” evində Cenoa’ya 0:1 hesabı ilə məğlub oldu. Spal – Fiorentina matçında qalib müəyyənləşməyib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatdı. Turun qapanış matçında “Verona” “Bolonya” komandasına 2:3 hesabı ilə yenildi. Aktivində 35 xalı olan “Napoli” birinci, 33 xal toplayan “İnter” ikinci, 31 xal yığan “Yuventus” isə üçüncü pillədə qərarlaşıb.

Frame.az Parvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!