“Təmiz hövzələr” aksiyası Şəmkirdə davam edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti tədbir Şəmkir su anbarında keçirilib.

Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Frame.az-a bildirib ki, aksiyaya Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşları da qoşulub: “Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin iştirak etdiyi aksiya çərçivəsində Şəmkir su anbarının 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib. Aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır”.

S.Məmmədova bildirib ki, “Təmiz hövzələr” aksiyası çərçivəsində yığılmış sintetik torlar və plastik tullantılar təkrar emala göndərilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: