AirnewsIqtisadiyyatTurizmTəqdimatƏn SonƏn Son

AZAL: Qiymətlər eniş etdi!

Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başladı.

Biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir.

Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.
AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir.

Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir.

Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir.

Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir.

Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!