Idman

Balaca gimnast Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi

15-16 sentyabr  Polşanın Katoviç şəhərində Bədii gimnastika üzrə IX Beynəlxalq “Qızıl gürz-2018” kuboku uğrunda yarış kecirilib.  Polşa ilə yanaşı,  Macarıstan, Ukrayna, Cexiya, Belarusiyanın müxtəlif şəhərlərindən 18 klubun  mübarizə apardığı turnirdə Azərbaycanı həmyerlimiz,   8 yaslı gimnast Mina Abbasova  təmsil edib.
O, çoxnövçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq  qızıl medala layiq görülüb, həmçinin, alətsiz hərəkətlərdə 1-ci, halqa ilə hərəkətlərdə isə, 2-ci pillədə qərarlaşıb.
Beləliklə, Mina Abbasova bu gərgin mübarizədə  3 medal (2 qızıl və bir gümüş)  qazanmağa müvəffəq olub.
Qeyd edək ki, Mina Abbasova 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı  ölkəni – Macarıstanı təmsil etsə də,   bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.
 Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın məşqçiləri hələ ötən yarışlardan onun arzu-istəyini, qazandığı uğurları  nəzərə alaraq  Azərbaycanı təmsil etməsi üçün icazə veriblər.
 Şirin  və gözəl simalı, balaca gimnast   Azərbaycanı qürbət eldə digər  millətlərin nümayəndələrinə, xüsusi ilə  də, müəllimlərinə və həmyaşıdlarına sevdirə bildiyi üçün özünü çox xoşbəxt sayır.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!