Faydalı fast food
Fast food-un zərərlərini hamımız bilirik, bəs faydalısını yoxlamağa nə deyirsiniz?
Tuna balıqlı sandviç həftəsonu gəzintiləri üçün əla seçimdir. Həm dadlı, həm də faydalı!
Tərkibi:
4 dilim qara kəpək çörəyi, 2 ədəd xiyar, 1 konserv olunmuş pəhriz tuna balığı, 3 dilim təzə soğan, 8-9 ədəd qara zeytun,1 ədəd qırmızı bibər, 1/2 dəstə kahı
Hazırlanması:
Təzə soğanları incə incə doğrayın. Xiyarları rəndələyin. Zeytunu tumlarını çıxardıqdan sonra kiçik doğrayın. Kahını incə doğrayın. Qırmızı bibəri qaynar suya qoyub, 3 dəqiqə gözlədin. Çıxarıb qabıqlarını soyun. Kiçik kiçik doğrayın. Qarışığa əlavə edin.Yaxşıca qarışdırın. Bu qarışığı kəpək çörəklərin arasına qoyub, gəzinti üçün folqaya və ya streçə bükün.
Nuş olsun!