İslamiada: Azərbaycan komandası növbəti qızıl medalını qazanıb

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mübarizəsi davam edir.

Azərbaycan komandası növbəti qızıl medalı stend atıcılığı növündə qazanıb. Belə ki, stend atıcılığı üzrə skeet qarışıq komanda yarışında Fuad Qurbanov və Nurlana Cəfərova cütlüyü V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: