Kart üzərinizdə olmadan da Unibank bankomatlarından pul yükləyə bilərsiniz
Unibank öz kart müştəriləri üçün daha bir yenilik edib. İndi kart sahibləri kartı bankomata daxil etmədən də, balansa pul yükləyə bilərlər. Bunun üçün sadəcə UTM-də uyğun seçimi edib, kartın on altı rəqəmini qeyd edərək, pulu toplu şəkildə çox rahatlıqla karta yükləyə bilərsiniz. 16 rəqəmin köməyi ilə UTM-lərdən bütün Unibank kartlarına (debet, biznes və Leobank) mədaxil etmək mümkündür.
Hələ də Unibank kartınız yoxdursa, sizə yaxın Unibank filialına yaxınlaşaraq, kartı yerindəcə, dərhal və pulsuz əldə edə bilərsiniz. Çoxvalyutalı debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən UCard, hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan kart məhsuludur.
UCard özündə müştərinin arzuladığı üstünlükləri birləşdirib:
– Pulsuzdur- hər kəs ala bilər;
– Kartın müddəti -5 illik;
– 40 günədək faizsiz kredit xətti;
-15.000 AZN-dək güzəşt müddətli kredit xətti və 40 000 AZN-dək nağd kredit imkanı;
– Kart qalığına illik 6%-dək gəlir;
– müxtəlif seçimli keşbek;
– Taksitli alış-veriş imkanı;
-Unibank ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;
-UTM-lərdə Unibank kartına istənilən vaxt toplu şəkildə pul qoymaq və vəsaitin dərhal balansa oturması;
– Karta limitsiz pul mədaxili və məxaric imkanı;
– Ölkədaxili başqa bank kartlarına aylıq 2000 AZN-dək komissiyasız card to card əməliyyatları.
UCard – Sənin kartın!