Kulinariya dərslərinə start verildi
Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kulinariya Assosasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən 01.11.2016-cı il tarixi saat 10- dan 4 peşə məktəbində usta siniflərinə start verildi.
Usta sinifi keçirilərkən Beynəlxalq çempionatların tələbləri və qaydaları müasir restoran biznesi haqqında məlumat verildi, modern mətbəxə və milli mətbəxə aid xörəklər hazırlandı.
Usta siniflər “ Azərsun Holding” şirkətlər qrupu , “BestCow Kərə Yağlari”, “Qəbələ quşçuluq” şirkəti və “ Qoç ət” kəndli və fermer təsərrüfatının sponsorluğu ilə keçirildi.
Aşpazlar xörəkləri hazırlayarkən “ Azərsun Holding”-in istehsal etdiyi “BestCo Kərə Yaglari”-ndan , duru yağlar, mayanez, şəkər və s. məhsullardan, “Qəbələ quşçuluq” toyuqlarından və “ Qoç ət”-in təqdim etdiyi quzu və mal əti, süd və süd məhsullarından istifadə etdilər.
Bakı 5 nömrəli Peşə Məktəbində bu günə nəzərdə tutulmuş usta sinifi Azərbaycan Milli Kulinariya Assosasiyasının üzvü, Serbiya, Malta və Türkiyədə və bir çox beynalxalq çempionatların qalibi maksim Qolovin və Azərbaycan Milli Kulinariya Mərkəzinin aparıcı texnoloqu, milli kulinariya komandasının kapitanı Leyla Kərimli tərəfindən keçirildi. -FOTO
Bakı Turizm Peşə Məktəbində bu günə nəzərdə tutulmuş növbəti usta sinifi Azərbaycan Milli Kulinariya Assosasiyasının üzvü, bir çox beynəlxalq yarışlarda iştirak etmiş aşpaz Namiq Kazımov və Azərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu Bəyim Məmmədova tərəfindən keçirildi. -FOTO
Bakı Turizm Peşə Məktəbində bu günə nəzərdə tutulmuş daha bir usta sinifi Azərbaycan Milli Kulinariya Assosasiyasının üzvü, Montaneqro, Malta və Türkiyədə keçirilən beynalxalq çempionatların qalibi Ramin Cəfərli və Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu, milli kulinariya komandasının kapitanı Elnurə Quliyeva tərəfindən keçirildi. -FOTO
Frame.az