EventsFestivallarMusiqiMədəniyyətTəqdimatƏn SonƏyləncə

Nadir Rüstəmli “Youthvision”-da Azərbaycanı təmsil edəcək

24 May Elektra Events Hall-da “Youthvision” adlı müsabiqə keçiriləcək.

Müsabiqə 20 ölkə arasında baş tutacaq. “Youthvision” gənclər arasında keçirilən beynəlxalq mahnı müsabiqəsidir. Azərbaycanı təmsil edən iştirakçı isə Nadir Rüstəmlidir. Nadir 2019-cu ildə keçirilən Tələbə Baharı adlı festivalın qalibi olmuşdur. Burada birinciliyi qazanandan sonra isə Youthvisionda ölkəmizi təmsil etməsi qərarı alınıb. Gənc müğənni “Sunrise music band” qrupunun solisti və bədii rəhbəridir. Bununla yanaşı isə Azərbaycan Gənclər İttifaqının və Jam Group komandasının üzvüdür.  23 Fevralda keçirilən “Best Musicial Show” müziklında baş rollardan birini oynamışdır.
Müsabiqənin keçirilməsində məqsəd isə gənclərin yaradıcılıq potensialının müəyyən edilməsi və həyata keçirilməsi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili üçün şəraitin yaradılmasıdır.

Səsvermə münsiflər tərəfindən keçiriləcək. Səsvermə zamanı səs çoxluğu toplayan iştirakçı müsabiqənin qalibi elan ediləcək. Mükafatlandırılma zamanı isə I, II və III yerlərin qalibləri qazandıqları yerə müvafiq olaraq, pul mükafatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər təşkilatları İttifaqı tərəfindən diplomlar, qiymətli hədiyyələr veriləcək.

Beləliklə bütün iştirakçılara uğurlar diləyirik. Təmsilçimiz gənc müğənni, tələbə. Bi r çox yarışların qalibi olan, az yaşda böyük uğurlar əldə edən Nadir Rüstəmliyə uğurlar diləyir və dəstəkləyirik.

“Gənclər bizim gələcəyimiz və fəxrimizdir”

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!