MusiqiTəqdimat

Salam, Bakı – Könüllülərin Himni

Bakı 2017 İslam Oyunlarının Ulduz Səfiri Tünzalə Ağayeva “Salam, Bakı – Könüllülərin Himni”ni könüllülərlə birgə ifa etdi.

Bakı 2017 Oyunlarının könüllüləri və Oyunların ulduz səfiri Tünzalə Ağayeva birgə “Salam, Bakı – Könüllülərin himni”ni ifa etdilər. Qeyd edək ki, “Salam, Bakı – Könüllülərin Himni”  sözləri Bakı 2017 Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və musiqisi Ulduz səfir Tünzalə Ağayeva tərəfindən yazılmış və könüllülərə həsr olunmuş ilk mahnıdır. Himndə pop janrından istifadə olunsa da, milli musiqi alətlərimiz olan tar, qaval, zərb alətlərinin də ifası var.

Himn Tünzalə Ağayeva tərəfindən müxtəlif seçim proseslərindən keçərək seçilmiş istedadlı könüllülərlə birlikdə oxunur. Eyni zamanda,  “Salam, Bakı – Könüllülərin Himni”nin ifasında Tünzalə Ağayevaya könüllülərlə yanaşı, “Azərbaycanın səsi” yarışmasında fərqlənən ifaçılar da kömək edir.

Tünzalə Ağayeva himndən söhbət açarkən aşağıdakıları vurğuladı: “Könülüllərlə birgə olmaq mənə şərəfdir, könüllü olmaq artıq öz işini dərk edərək, xüsusi zövqlə çalışmaq deməkdir. Hər hansi peşə üzrə könüllü kimi çalışmaq təcrübə baxımından gənclərimizə çox böyük şansdır”
Bu himn ilk dəfə 23 Mart tarixində “Domestic Grassroots” proqramı çərçivəsində təşkil olunan  “Oyunlara 50 gün qaldı” tədbirində səsləndi.

Tünzalə Ağayeva 4-cü İslam Həmrəyliyi Oyunlarından bəhs edərkən aşağıdakıları vurğulamışdır: “Bilirsiz, hər bir insan peşəsini sevməlidir, ondan zövq almalıdır. Mən də Bakı 2017 Oyunlarının ulduz səfiri kimi öz işimi sevirəm və oyunlara səfir kimi “Salam, Bakı – Könüllülərin himni” ilə öz töhfəmi verirəm.  Yeri gəlmişkən, Bakı 2017 İslam Oyunlarının 4 dəyərindən (sülh, həmrəylik, birlik, mükəməllik) mən mükəmməlliyi seçir və hamını öz işində mükəmməl olmağa səsləyirəm.”

İslam Həmrəyliyi Oyunlarının Direktoru, könüllülərin səfiri Elçin Səfərov dedi: “Mən hər şeydən əvvəl qeyd etməliyəm ki, biz könüllülər üçün hər fürsəti dəyərləndiririk. Təbii ki, könüllü üçün ilk himnin mətnini yazdığıma görə qürur duyuram. Bildiyiniz kimi, 30 aprel tarixinə kimi, könüllülər gündə 2 təlim alacaq.  Bu təlimlər zamanı könüllülər himnin məşqini də təşkil edə bilər, həmçinin öz aralarından ən yaxşı ifaçıları da seçə bilər. Çünki, hər bir könüllü tələbədir,yeni təcrübə qazanmaq üçün kövrək addımlarını atır. O üzdən də biz hər birimiz onlar üçün istənilən şəraiti yaratmalıyıq.  Ölkəmizin ev sahibliyi edəcəyi Bakı 2017 layihəsində də könüllülərin əməyi böyükdür və danılmazdır”.

Frame.az

http://https://youtu.be/W92fAJjZUQ8

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!