AutoRisk

Şkoda çimərlik üçün avtomobil təqdim etdi

Hər il Şkoda texniki məktəbinin şagirdləri özlərinə məxsus yeni bir layihə üzrə çalışırlar. Bu il maraqlı layihələrini təqdim etdilər və Şkoda rəhbərliyi tərəfindən çox bəyənildi.

Layihə 2016-ci ildə başlanıldı, ilk olaraq modelin eskizləri üzərində çalışdılar. 2017-ci ilin yanvarında eskiz təsdiq olunduqdan sonra, layihə üzərində avtomobil sahəsində təcrübəsi olan professional konstruktorlar, mühəndislər çalışmağa başladı.

Komanda modelin tavan hissəsini götürərək, modelin daha praktiki olmağı üçün, baqaj hissənin örtməsini və yan hissələri daha sağlam etmək məcburiyyətində qaldı. Və sonda modelə elektrik mühərrik quraşdıraraq “Element” adını verdilər.

Əslində məktəbin şagirdlərinin bu modeli başqa məqsəd üçün düşünmüşdülər. Onlar bu elektromobili, 2015-ci ildə Şkoda Fabia bazasında yeni pikap modelini hazırlayan, dostları Pyotr Stanislava həsr etdilər. Çünki, Pyotr 2015-ci ildə motoqəza keçirərək, təkərli kresloda həyatını davam etdirir. Pyotr həmçinin Şkoda məktəbində yenidən, şagirdlərə hər layihələrdində köməklik edir və dəstəkləyir.

Frame.az Autorisk Azerbaijan 

Orkhan Alifsoy

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!